Şəkidə Vaqif Aslanın 75 illik yubileyi keçirildi 25 İyun 2025, 22:01

Şəkidə Vaqif Aslanın 75 illik yubileyi keçirildi
Şəkidə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın 75 illik yubileyi qeyd olunub.
İyunun 10-da Şəkidə müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslanın anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, AR Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirində qonaqları və tədbir iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını, belə şəxslərdən birinin də məhsuldar və istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildirib.
Vaqif Aslanın şairliyi ilə yanaşı, dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanındığını qeyd edən icra başçısı onu yubileyi münasibətilə şəhər ictimaiyyətinin adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, AR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı, BDU-nun professoru Allahverdi Məmmədli, filologiya elmləri doktoru, şair İslam Sadıq, fizika üzrə fəlsəfə doktoru, şair Fikrət Əsgərov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, Azərbaycan Yazıçılar birliyinin əməkdaşı Taleh Mansur çıxış edərək Vaqif Aslana yubiley təbriklərini çatdırıb, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, onun haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər, həmçinin şairin 75 illik yubileyi münasibətilə hazırlanmış “Ruhlarla danışan adam” adlı kitab haqqında məlumat verilib.
75 illik yubileyi münasibətilə şair-publisist Vaqif Aslana Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbrik məktubu, çıxış edənlər tərəfindən muxtəlif mukafatlar və xatirə hədiyyələri təqdim edilib.
Şair-publisist Vaqif Aslan çıxış edərək yubiley tədbirinin təşkilatçılarına, ünvanına dedikləri xoş sözlərə görə çıxış edənlərin hər birinə öz təşəkkürünü və minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, həmçinin Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
DİGƏR XƏBƏRLƏR
-
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
12 Avqust 2024, 19:58 -
MP Javanshir Feyziyev issues article on "Translation and Research of National Folklore Examples, Samples of Azerbaijani Classical & Modern Literature into English"
06 Avqust 2024, 19:55 -
Azerbaijani MP Javanshir Feyziyev issues article on "Literary -cultural relations between Azerbaijan-Great Britain"
05 Avqust 2024, 19:53 -
Cavanşir Feyziyev: “Azerbaycan -Türkiye – Kuzey Kıbrıs Türk Cumhuriyetlerinin “Üç devlet – bir millet ‐ tek yürek” olması Kuzey Kıbrısın geleceğine dair büyük inam sağlamaktadır.”
01 Avqust 2024, 19:47 -
Cavanşir Feyziyev: Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub
27 İyul 2024, 19:43 -
Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
22 İyul 2024, 19:40 -
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
19 İyul 2024, 19:36 -
Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə– Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
24 İyul 2024, 19:27 -
KKTC – Girne’de “Uluslararası Multidisipliner Çalışmalar ve Küresel Uygulamalar Kongresi” düzenlendi
08 İyul 2024, 19:23 -
Cavanşir Feyziyev Kaşğari irsinin fədakar araşdırıcısı Ramiz Əsgəri yad etdi
03 İyul 2024, 16:21