Millət vəkili Mahmud Kaşğari mükafatı ilə təltif olunub 13 Mart 2020, 22:28

Mahmud Kaşğari adına Beynəlxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif edib.
Mahmud Kaşğari adına Beynəlxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif edib.
2006-cı ildə Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş Beynəlxaq Mahmud Kaşğari mükafatı Türk-İslam mədəniyyəti qarşısında xüsusi xidmətlərə görə beynəlxalq komissiya tərəfindən verilir. Komissiyanın sədri görkəmli Qazaxıstan yazıçısı, akademik Sabit Dosanovdur.
Mükafatı alanlar sırasında Türkiyənin 9-cu Prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Süleymenov, akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professor Namik Kamal Zeybek, Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı, akademik Sabit Dosanov, rus filosofu Aleksandr Duqin, Xalq yazıçısı Çingiz Abdullayev, Qazaxıstan Yazıçılar Birliyinin sədri, şair Uluqbek Esdoulet, Qırğızıstanın Xalq şairi Mark Abay Aamatov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var. Mahmud Kaşğari adına Beynəlxalq Fond Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.
DİGƏR XƏBƏRLƏR
-
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
12 Avqust 2024, 19:58 -
MP Javanshir Feyziyev issues article on "Translation and Research of National Folklore Examples, Samples of Azerbaijani Classical & Modern Literature into English"
06 Avqust 2024, 19:55 -
Azerbaijani MP Javanshir Feyziyev issues article on "Literary -cultural relations between Azerbaijan-Great Britain"
05 Avqust 2024, 19:53 -
Cavanşir Feyziyev: “Azerbaycan -Türkiye – Kuzey Kıbrıs Türk Cumhuriyetlerinin “Üç devlet – bir millet ‐ tek yürek” olması Kuzey Kıbrısın geleceğine dair büyük inam sağlamaktadır.”
01 Avqust 2024, 19:47 -
Cavanşir Feyziyev: Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub
27 İyul 2024, 19:43 -
Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
22 İyul 2024, 19:40 -
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
19 İyul 2024, 19:36 -
Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə– Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
24 İyul 2024, 19:27 -
KKTC – Girne’de “Uluslararası Multidisipliner Çalışmalar ve Küresel Uygulamalar Kongresi” düzenlendi
08 İyul 2024, 19:23 -
Cavanşir Feyziyev Kaşğari irsinin fədakar araşdırıcısı Ramiz Əsgəri yad etdi
03 İyul 2024, 16:21