Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi 20 İyun 2024, 15:54

"Türk Mədəniyyəti və İrsi Fondu"nun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi. Festivalın açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutdu. 20-22 iyun 2024-cü il tarixlərində davam edəcək festivalın açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türk dünyasının müxtəlif coğrafiyalarından dəvət alan qurama sənətkarları iştirak edirdilər.
20-22 iyun 2024-cü il tarixlərində davam edəcək festivalın açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türk dünyasının müxtəlif coğrafiyalarından dəvət alan qurama sənətkarları iştirak edirdilər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yansıdan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulamaqla festival iştirakçılarına uğurlar arzuladılar.
Festivalın xüsusi dəvətlisi olan, Milli Məclisin deputatı Cavanşir Feyziyev bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək qeyd etdi ki, "Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində xüsusi yer tutur. Bu tikmə növü əvvəllər kustar formada öz ifadəsini tapsa da, sonralar gözəl bədii sənətkarlıq növünə çevrilmişdir. Konkret üslubu olmasa da, bu sənət növündə ustadan incə bədii zövq və bir-birini tamamlayan uyğun rənglərdən həmahəng kompozisiya qurmaq istedadı tələb olunur.
Bu gün çağdaş insanın texnologiyalardan yorulduğu sürətlə qloballaşan dünyada istənilən çeşid əl sənətlərinin - qurama kimi etno sənət növlərinin bərpasına və təbliğinə dəstək göstərilməsi, bu cür festivalların keçirilməsi son dərəcə təqdirəlayiqdir. Bu, XX yüzilliyin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan əl sənətlərinə yeni həyatın verilməsi və dünyada tanıdılması deməkdir. Ötən illərdə bu festival Şəkidə "Karvansaray"da keçirilirdi. Sevindirici haldır ki, bu gün Bakıda Beynəlxalq səviyyədə təşkil olunan Qurama Festivalı həm də mədəniyyət paytaxtımız Şuşa şəhərini əhatə edəcək. Unudulma təhlükəsi yaşayan bu cür sənətləri gələcək nəsillərə ötürməyə çalışmaq, qoruyub-yaşatmaq həm də qeyri-maddi mədəni irsimiz qarşısında mənəvi borcdur"- deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunacaq.
DİGƏR XƏBƏRLƏR
-
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
12 Avqust 2024, 19:58 -
MP Javanshir Feyziyev issues article on "Translation and Research of National Folklore Examples, Samples of Azerbaijani Classical & Modern Literature into English"
06 Avqust 2024, 19:55 -
Azerbaijani MP Javanshir Feyziyev issues article on "Literary -cultural relations between Azerbaijan-Great Britain"
05 Avqust 2024, 19:53 -
Cavanşir Feyziyev: “Azerbaycan -Türkiye – Kuzey Kıbrıs Türk Cumhuriyetlerinin “Üç devlet – bir millet ‐ tek yürek” olması Kuzey Kıbrısın geleceğine dair büyük inam sağlamaktadır.”
01 Avqust 2024, 19:47 -
Cavanşir Feyziyev: Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub
27 İyul 2024, 19:43 -
Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
22 İyul 2024, 19:40 -
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
19 İyul 2024, 19:36 -
Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə– Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
24 İyul 2024, 19:27 -
KKTC – Girne’de “Uluslararası Multidisipliner Çalışmalar ve Küresel Uygulamalar Kongresi” düzenlendi
08 İyul 2024, 19:23 -
Cavanşir Feyziyev Kaşğari irsinin fədakar araşdırıcısı Ramiz Əsgəri yad etdi
03 İyul 2024, 16:21