31 Mayda Bakıda keçirilən "III Türk dünyası Ədəbiyyat və Kitab Festivalı" Kuzey Kıbrıs Türk Cumhuriyyətinə həsr olunub 01 İyun 2024, 15:15

4-31 may tarixlərində Bakıda "lll Türk dünyası Ədəbiyyat və Kitab festivalı" keçirildi. Türk dünyasının tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə gerçəkləşən festival səkkiz gün davam etdi. Festivalın hər günü bir ölkəyə həsr edilmişdi;
4-31 may tarixlərində Bakıda "lll Türk dünyası Ədəbiyyat və Kitab festivalı" keçirildi. Türk dünyasının tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə gerçəkləşən festival səkkiz gün davam etdi. Festivalın hər günü bir ölkəyə həsr edilmişdi;
24 may – Qırğızıstan Günü, 25 may – Özbəkistan Günü, 26 may – Macarıstan Günü, 27 may – Qazaxıstan Günü, 28 may – Azərbaycan Günü, 29 may – Türkiyə Günü,
30 may – Türkmənistan Günü,
31 may – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Günü olaraq qeyd olundu.
31 May səhər saatlarında Kuzey Kıbrıs Türk Cumhuriyyətinin himni ilə başlayan Festivalda Kuzey Kıbrıs ədəbiyyatından, poeziyasından səsləndirilən nümunələr və milli musiqisindən, türkülərindən ibarət konsert proqramı ilə Kıbrısdan gələn sənətçilər dinləyicilərin zövqünü oxşadı.
Festivalın aparıcısı, Azərbaycan Yazarlar Birliyi Mətbuat xidmətinin rəhbəri Xəyal Rza Kuzey Kıbrıs yazıçı və şairlərinin həyat və yaradıcılıq yolundan danışdı.
Mərhum Azərbaycan xalq şairi Musa Yaqubun Yavru Vətənə həsr etdiyi "Kıbrısa Azərbaycan salamı"yla qonaqları salamlayan
Dr. Xəyalə Zərrabqızı Kuzey Kıbrıs ədəbiyyatının yaradıcılarından, ilk xanım şairələrindən olan Urkiye Mine Balmanın əziz xatirəsindən, "Yurduma gedən yollar" kitabından və qardaş ədəbiyyatlarımızın ölkələrimiz arasında könül bağı olmasından söhbət açdı.
Daha sonra festivalda iştirak edən, Kıbrısdan xüsusi dəvətli qonaqlar sırasında olan Dr.Çağın Zort müəllifi olduğu "Kıbrıs Türk ədəbiyyatına dair məqalələr", "Kıbrıs dialektinin ümumi fonetik və morfoloji quruluşu", "İbrahim Zəki Burdurlu - Kıbrıs Türk ədəbiyyatında bir məşəl" kitabları barədə maraqlı məruzə ilə çıxış etdi.
Karikatür rəssam olan Mustafa Tozakinin musiqi müşayiətində Kıbrısın sevilən sənətçisi Halil Şavkın Kıbrıs milli musiqisindən seçilmiş parçalar ifa etməsiylə tədbirə rəngarənglik gətirdi.
Azərbaycan - KKTC Parlamentlərarası iççi qrupun Başqanı, Milli Məclisin Deputatı Cavanşir Feyziyevin səhnəyə dəvət olunaraq "Türk dünyası Milli Birlik və Bərabərlik" medalı ilə təltif olunması auditoriya tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı.
Siyasi münasibətlərin özəyində mədəni münasibətlərin dayandığını söyləyən millət vəkili Cavanşir Feyziyev bu cür festivalların ölkələrimiz arasında mənəvi körpü olduğunu vurğuladı.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən Kıbrısdan gələn qonağımız dəyərli Çağın bəy Zorta, Abdulla Əmir Haşimiyə, Lütviyyə Əsgərzadəyə, Nadir Yalçına, Qəşəm Nəcəfzadəyə “Molla Pənah Vaqif”, Almaz Ülviyə “Mahtumkulu Firaki” medalını təqdim edən millət vəkili Cavanşir Feyziyev gələcək illərdə festivalın işinə uğurlar, bütün Türk dünyasına firavanlıq arzuladı.
Festival Halil Şavkının ifasında Kuzey Kıbrıs türküləri və "Səma" rəqs qrupunun çıxışı ilə öz işini uğurla başa çatdırdı.
DİGƏR XƏBƏRLƏR
-
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
12 Avqust 2024, 19:58 -
MP Javanshir Feyziyev issues article on "Translation and Research of National Folklore Examples, Samples of Azerbaijani Classical & Modern Literature into English"
06 Avqust 2024, 19:55 -
Azerbaijani MP Javanshir Feyziyev issues article on "Literary -cultural relations between Azerbaijan-Great Britain"
05 Avqust 2024, 19:53 -
Cavanşir Feyziyev: “Azerbaycan -Türkiye – Kuzey Kıbrıs Türk Cumhuriyetlerinin “Üç devlet – bir millet ‐ tek yürek” olması Kuzey Kıbrısın geleceğine dair büyük inam sağlamaktadır.”
01 Avqust 2024, 19:47 -
Cavanşir Feyziyev: Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub
27 İyul 2024, 19:43 -
Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
22 İyul 2024, 19:40 -
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
19 İyul 2024, 19:36 -
Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə– Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
24 İyul 2024, 19:27 -
KKTC – Girne’de “Uluslararası Multidisipliner Çalışmalar ve Küresel Uygulamalar Kongresi” düzenlendi
08 İyul 2024, 19:23 -
Cavanşir Feyziyev Kaşğari irsinin fədakar araşdırıcısı Ramiz Əsgəri yad etdi
03 İyul 2024, 16:21