Cavanşir Feyziyev 25 İyun 2025, 21:56

Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing. «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur. 2002–2010 "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur. ing. «Tour-İnvest» şirkətinin və ing. «Discovery Azerbaijan» elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. 2013-cü ildə Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.